Gündəm

Vidadi Zeynalovun ortağı daha yüksək vəzifə istəyir: Dövlət Xəzinədarlığı Agentliyi uğrunda mübarizə

Ötən həftə prezident İlham Əliyevin fərmanı ilə yaradılan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi uğrunda mübarizənin başlanması ilə bağlı xəbər vermişdik.

Qeyd etmişdik ki, adı çəkilən qurumun rəhbəri olmaq istəyənlərdən biri də 2 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevdir.

Etibarlı mənbənin AzToday.az-a verdiyi məlumatda bildirilir ki, Nadir Qarayevin Dövlət Xəzinədarlığı Agentliyi rəhbəri olması məsələsi Maliyyə Nazirliyinin müavini Azər Bayramovdan asılıdır.

Çünki həmişə Azər Bayramovun ən yaxın adamı olan Nadir Qarayev bütün maliyyə maxinasiyaları nazir müavininə güvənərək həyata keçirdib. Ancaq agentlik rəhbəri olması məsələsində Nadir Qarayevin əsas rəqibi hazırkı Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Elman Piriyevdir.

Mənbəmiz Elman Piriyevin Azər Bayramovun qrup yoldaşı və ən yaxın, güvəndiyi şəxslərdən biri olduğunu deyir. Elman Piriyevin Nadir Qarayevdən fərqi onun sakit, heç bir oyunlarda iştiram etməməsi və zəif xarakterə malik biri olmasıdır. Ancaq buna baxmayaraq Elman Piriyev Azər Bayramova hər zaman sədaqətli olub. Nadir Qarayevə gəldikdə isə mənbəmiz bildirir ki, daim oyunlar içində olan 2 saylı Xəzinadarlıq İdarəsinin rəisi gizli işləri ilə seçilən biridir. Onun ləğv olunmuş Rabitə və İnFormasiya Texnologiyaları Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla yaxın münasibətlər qurması və onunla ortaq işlər həyata keçirtməsi isə Nadir Qarayevin iddialı biri olduğunu deməyə əsas verir.

AzToday.az-a verilən məlumata görə, Nadir Qarayev paytaxtın Nizami rayonunda həbsdə olan Vidadi Zeynalov və Hacı Ramazan adlı iş adamı ilə birgə hündürmərtəbəli bina tikir. AzToday.az-a verilən məlumatda qeyd edilir ki, maliyyə nazirinin müavini Azər Bayramov Nadir Qarayev Elman Piriyev məsələsində ikinciyə daha çox etimad göstərəcək. Çünki Elman Piriyevin adı ölkə mətbuatında hər hansı bir olayda hallanmayıb və hələki onun təmiz bir imici var. Amma Nadir Qarayevə gəldikdə bu şəxsin adı daim qalmaqallarda müxtəlif maliyyə maxinasiyarda hallanıb ki, bunu da Azər Bayramov yaxşı bilir.