Gündəm

Polis Bakıda itkin düşən 11 yaşlı uşağı tapdı

http://olke.az/uploads/1547839295/polis.jpg
 
Bakıda bir neçə gün öncə itkin düşən uşaq tapılıb.

"Kanal14.az” Trend-ə istinadən xəbər verir ki,  bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb.

Yanvarın 17-də o, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib.