Gündəm

Britaniya parlamenti Tereza Meyin "Brexit" üzrə planını qəbul etmədi

http://olke.az/uploads/1547584320/drwfergdes.jpg
 
Böyük Britaniya parlamenti baş nazir Tereza Meyin "Brexit" üzrə razılaşmasını qəbul etmədi.

Baş nazirin Avropa İttifaqından çıxma üzrə planını 202 parlamentari dəstəkləyib, 432 parlamentari isə əleyhinə səs verib.

Bundan sonra Böyük Britaniyanın bir neçə variantı qalır: ölkə iqtisadiyyatı üçün ağır nəticələnə biləcək Aİ-dən razılaşmasız çıxış, "Brexit"in tarixinin dəyişdirilməsi, növbədənkənar ümumi seçkilərin keçirilməsi və ya yeni referendumun keçirilməsi.