Gündəm

Ramil Usubov iki generalın yerini dəyişdi

http://olke.az/uploads/1547530469/ramilusubov.jpg
 
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

"Kanal14.az" Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

 

Xəbəri DİN-dən təsdiqləyiblər.