Gündəm

Mirşahin Putinin azərbaycanlı dostunu hədəfə aldı – “Azərbaycanın öz İlhamı var…”/ VİDEO

Mirşahin Putinin azərbaycanlı dostunu hədəfə aldı – “Azərbaycanın öz İlhamı var…”/ VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Son zamanlar Azərbaycanda daha çox Vladimir Putinin tələbə yoldaşı və dostu kimi tanınan professor İlham Rəhimovun mətbuatdakı çıxışları və müsahibələri etirazla qarşılanmaqdadır.
 
Hələ bir neçə gün öncə YAP-çı deputat Siyavuş Novruzov parlamentdəki çıxışında həm də iş adamı kimi tanınan İ.Rəhimovu sərt şəkildə tənqid etmişdi.
 
Bu dəfə isə İ.Rəhimov Mirşahin Ağayevin hədəfinə tuş gəlib.
 
BakuPost-un məlumatına görə, öz proqramında professor barədə danışan M.Ağayev onun Azərbaycanın İvanişvilisi olmaq istədiyinə eyham vurub.
 
Sabiq ANS-çi İ.Rəhimovla bağlı fikirlərini "Azərbaycanın öz İlhamı var, özgə, yad İlham kimə gərəkdir…” deyə bitirib.