Gündəm

Masallıda “Azəriqaz” İB səhlənkarlığı üç azyaşlının xəsarət almasına səbəb olub...? – Körpələrin vəziyyəti ağırdır FOTO/VİDEO

Masallıda


Masallıda partlayan evdə xəsarət alan azyalı uşaqlar Bakıya gətirilib

Xəsarət alan uşaqlardan ev sahibinin övladı olan uşaqların adlarıda məlum olub. Belə ki, xəsarət alan azyaşlılar Əli və Məhəmməd doğma qardaşlardır. Evsahibəsinin qardaşı oğlu isə Sənan adlı körpədir.

Ev sahibəsi, iki övladı və azyaşlı qardaşı oğlu partlayış nəticəsində ağır xəsarət alıblar. Baş vermiş hadisənin məsuliyyətini daşıyacaq şəxslərlə bağlı rəsmi açıqlama yoxdur. 

Dünən gecə saatlarında baş vermiş qəzanın təfərüatları məlum olub. Beləki, gecə saatlarından əraziyə gələn müvafiq qurumların nümayəndələri vəziyyətə uyğun olaraq araşdırma aparıblar. Sakinlərin verdiyi məlumata görə, Azəriqaz İB-nin Masallı rayon nümayəndəliyinin əməkdaşları əraziyə gəlib amma müdirin bu saata qədər qəza baş vermiş əraziyə gəlməməsi əhalidə böyük narazılığın yaranmasına səbəb olub. Partlayışın baş verdiyi Sığıncaq kəndinə gələn rayon icra hakimiyyətinin başçısının verdiyi tapşırıqlar əsasında hadisədə xəsarət alan üç azyaşlının təcili olaraq paytaxda yerləşən xəstəxanalardan birinə gətirilib. 

Hadisənin baş verməsi səbəbi olaraq göstərilən qazsızması bu gün icra başçısının gəlməsindən sonra əraziyə gələn Azəriqaz-ın əməkdaşları tərəfindən yol hissədə qazma işləri aparılmış və yerin 1 metr dərinliyində yüksək təzyiqlə baş verən sızma tapılmış o cümlədən problem yerindəcə həl edilmişdir. Qeyd edək ki, dəfələrlə sakinlər tərəfindən sızma olduğu üçün 104 qaynar xəttinə və Masallı rayonunda yerləşən Azəriqazın rəsmi nümayəndələrinə məlumat verilmişdir. Məlumat verilməsinə baxmayaraq hər dəfəsində Masallı məsələyə Lənkəran Regional idarənin baxması gərəkdiyini Regional isə bununla bağlı Bakı məsələyə müdaxilə etməli olduğunu qeyd ediblər. 2 aydır edilən müraciətlərə əhəmiyyət verməyən AzəriQaz İB-nin səlahiyyətliləri bir ailənin faciə ilə üzləşməsinə səbəb olublar. Yerli sakinlərin bildirdiyinə görə Müseyibov Əbülfəz Sahibəli oğluna məxsus evdə partlayışın baş verməsi isə onun iki övladı və qaynının oğlun partlayışda ağır dərəcəli yanıq xəsarəti almasına məhz qazsızması səbəb olub. Mənzildə yoxlama aparılmasına baxmayaraq Azəriqaz İB məsuliyyətdən yayınması üçün heç bir dəlil toparlaya bilməyib. Beləki Evin otaqlarında quraşdırıldığı guman edilən qaz avadanlıqları heç cürə tapılmayıb. Mənzildə konbi sistem olduğundan və həmin sistemin isə evin çöl hissəsində quraşdırılması Azəriqaz istehsalat birliyini məsuliyyətdən azad etməyə kifayət etməyib. Üç azyaşlının xəsarət aldığı partlayışdan yaxa qurtarması Azəriqaz İB səlahiyyətliləri üçün çətin olacaq. Çünki ortada sakinlər və xəsarət alan körpələr var. İki ay öncə edilən müraciətə baxılsaydı bu gün bu hadisənin baş verməyəcəyini tam şəkildə dəmək mümkün deyə sakinlər qeyd edib. 

Dünən gecə radələrindən məlumatın dərc edilməsinə baxmayaraq aidiyyatı qurumların rəsmi açıqlamasına rast gəlmək mümkün olmayıb. Yazıda adları qeyd edilən idarə və müəssisələrin rəhbərlərinində mövqeyini dinləməyə hazırıq.

Zeynəb
BakuNews.Az

Masallıda
Masallıda
Masallıda

Masallıda
Masallıda


Masallıda
Masallıda