Gündəm

Əlil ailəsinə mənzil təqdim edib, sonra əlindən alan icra başçısı,vətəndaşları Prezidentdən necə narazı saldı./FOTO.VİDEO

Əlil ailəsinə mənzil təqdim edib, sonra əlindən alan icra başçısı,vətəndaşları Prezidentdən necə narazı saldı./FOTO.VİDEO











 

 

 

Günü-gündən inkişafa doğru gedən Azərbaycan respublikası, görünür ki,bizi sevməyən dövlətlərin qısqanclığına səbəb olur. Danılmaz fakdır ki,ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızın bir çox ərazilərində müxtəlif sahələrin inkişafı üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayırmaqla xeyli sayda işlər həyata keçirilmişdir. Bu nəinki,quruculuq və abadlıq sahələrində,hətta bir çox sahələr var ki, yalnız insanların gözəl yaşaması və xoşbəxt həyat sürməsi üçün görülən işlərdir. Ehtiyac duyulur ki,görülən işlərdən bir nəçəsini nümunə olaraq qeyd edək. Elə bu səbəbdən də qiqqət etsəniz, son illər ərzində Bakıda və rayonlarda yeni inşa olunmuş təhsil ocaqları,tibb muayinə mərkəzləri,uşaq baxçaları,müharibə veteranları üçün mənzillər,şəhid ailələri üçün mənzillər və nəhayət ki, əlillər üçün inşa olunmuş mənzillərin təqdim olunmasının şahidi olacaqsınız. Bu onu deməyə əsas verir ki,ölkə rəhbərinin apardığı uğurlu siyasəti nəticəsində, ehtiyaclı insanlar diqqət və qayğıdan kənarda qalmırlar. Məhs bu cür ölkə rəhbərinin etimad göstərib təyin etdiyi bir çox məmurlar, göstərilən etimaddan sui istifadə edərək öz çirkin niyyətlərini həyata keçirib Prezidentin siyasi kursuna ləkə gətirməkdədirlər.


Belə ki,bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət məktubu ünvanlayan, Siyəzən rayon sakini 1-ci qrup gözdən əlil Səfərov Xoşbəxt Fərzalı oğlu və onun həyat yoldaşı 1-ci qrup gözdən əlil Səfərova Marina Şahverən qızı olmuşdur. Siyəzən rayon sakini X.Səfərov qeyd edir ki,həyat yoldaşı M.Səfərova ilə 2014-cü ildə, keçmiş "ANS” televiziya kanalının "Adam içində”verlişi vasitəsi ilə ailə qurmuşuq. Ailə qurduqdan sonra verlişin aparıcısı Elgiz Əkbər bizə məsləhət gördü ki,yaşayış üçün mənzilinizin olmaması ilə bağlı rayon icra başçısına müraciət edəsiniz. Elə bu məqsəd ilə 2014-cü ilin sentyabır ayları olardı ki,rayon icra hakimiyyəti orqanına mənzil ilə bağlı müraciət etdim. Vətəndaş X.Səfərov deyir ki,müraciət etdiyim ildə rayon icra başçısı vəzifəsində Qasımov Arif Adil oğlu işləyirdi. İcra başçısına müraciət etdiyim günün axşamı şöbə müdiri Fəyyaz müəllim telefonla zəng vurub dedi ki,sizin ev məsələsinə baxılacaq. 

Qayğıya ehtiyacı olan əlil ailəsinə ümid verib sonunda qürur və mənliyini qırmaq hansı vicdana sığır, siz oxucular müəyyən edə bilərsiniz. Bir sözlə vətəndaş qeyd edir ki,2014-cü il sentyabır ayının üçündə bizim ailə üçün tikilmiş mənzili təqdim etməyə şəxsən rayon icra başçısı A.Qasımov gəlib mənzilin açarlarını mənə təqdim etdi. Həmçinin evin komunal xidmətləri üçün nəzərdə tutulan akt sənədlərini imzalatdırdıqdan sonra ev əşyalarını bizə təqdim edən icra başçısının köməkçisi və müavini oldu. Gözdən əlil X.Səfərov bildirir ki,sevincimizin həddi-hüdudu yox idi,sanki, yuxuda idim hardan biləydim ki,bu sevinc bizim üçün bir günlük olacaq. Rayon sakini X.Səfərov deyir ki,həmin günün axşamı kənd icra nümayəndəsi Əyyam müəllim gəlib bizə dedi ki,gəlin evdən çıxın, sabah ƏƏSMN-dən nümayəndələr gəlib evə baxış keçirdikdən sonra sizə təqdim edəcəklər.Biz icra nümayəndəsinin dediyi kimi evdən çıxdıq və sabahı gözləmək üçün kirayə qaldığımız mənzilə qayıtdıq. Amma sonradan xəbər tutduq ki,bizi aldadaraq evdən çıxardıb mənzili başqasına veriblər. Doğrusu əlil ailəsinin düşdüyü dürumu təsəvvür etmək insan üçün nə qədər ağırdır. Qayğıya ehtiyacı olan ailələrə ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən diqqət və qayğı göstərdiyi bir vaxtda, məmurlar tərəfindən ölkə Prezidentinin siyasi kursuna zidd hərəkətlər onu deməyə əsas verir ki,prezidentin etimadına xəyanətdən başqa bir şey deyil. Bir xəbəri də diqqətinizə çatdırmaq istərdik ki,sözü gedən icra başçısı A.Qasımov 2011-ci ildən 2015-ci ilədək Siyəzən rayon icra başçısı vəzifəsində çalışıb, 2015-ci ildən 2018-ci il daxil olmaqla bərabər hazırda Nizami rayon icra başçısı vəzifəsində çalışır. 

Ümid edək ki,adları çəkilən şəxslər qarşı tərəf olaraq məsələyə aydınlıq gətirmək üçün bizimlə əlaqə saxlayarlar.Biz də öz növbəmizdə onları dinləyib mövqeylərini dərc etməyə hazırıq: 
DogruXeber.az

Əlil ailəsinə mənzil təqdim edib, sonra əlindən alan icra başçısı,vətəndaşları Prezidentdən necə narazı saldı./FOTO.VİDEO
Əlil ailəsinə mənzil təqdim edib, sonra əlindən alan icra başçısı,vətəndaşları Prezidentdən necə narazı saldı./FOTO.VİDEO
Əlil ailəsinə mənzil təqdim edib, sonra əlindən alan icra başçısı,vətəndaşları Prezidentdən necə narazı saldı./FOTO.VİDEO