Gündəm / Cəmiyyət

Bərdədə pandemiya tələblərini pozan iki restoran sahibi CƏZALANDIRILDI

Bərdədə pandemiya tələblərini pozan iki restoran sahibi CƏZALANDIRILDI

 

 

Kanal14.az: - Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən iki şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən "Soyuq Bulaq" şadlıq sarayında keçirilən toy mərasiminin "icazə.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi, "Sultan" şadlıq sarayında isə
COVID-19 pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaradıldığı aşkarlanıb.

 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.//Sonxeber.az