Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət / Sosial

“Bu təşkilatın saytında vəfat edən məşhurlar yaşayıb-yaradan kimi təqdim edilir” - BİABIRÇILIQ

“Bu təşkilatın saytında vəfat edən məşhurlar yaşayıb-yaradan kimi təqdim edilir” - BİABIRÇILIQ

 

Kanal14.az: - "Ötən həftə Bakıda "Azerbaijan Film Commission” adlı tədbir keçirildi. Mədəniyət Nazirliyinin dəstəyi ilə, xarici qonaqların da iştirak etdiyi tədbirin təşkilatçısı "Filming Azerbaijan” idi. Maraqlı gəldi mənə, daxil oldum saytlarına və oxudum ki, təşkilatın qarşısına qoyduğu vəzifə xarici investorları Azərbaycan kinosuna cəlb etmək, ölkəmizdə əcnəbi filmlərin çəkilişinə şərait yaratmaq, onlara avadanlıq kirayə vermək və yerli rejissorlarla, bəstəkarlarla, prodüsserlərlə, operatorlarla tanış etməkdir”.

Bu barədə tanınmış teleaparıcı Azər Qəribov fikir bildirib. O qeyd edib ki, nə keçirilən tədbir, nə də təşkilatın özü haqda bir kəlmə də məlumat tapmayıb: "Rəhbəri kimdir, kim təsis edib, bu vaxta qədər hansı işlər görüb, planları nədir? Heç bir məlumat yoxdur. Bu azmış kimi dünyalarını dəyişən məşhurlarımız yaşayıb-yaradan kimi təqdim ediliblər. Düzdür, Ramiz Əzizbəyli, Eldar Quliyev, Maqsud İbrahimbəyov, Vasif Adıgözəlov, Arif Məlikov, Xəyyam Mirzəzadə daim ürəklərimizdə yaşayacaqlar, amma onlar fiziki olaraq aramızda yoxdurlar. Heç olmasa xatirələrinə hörmət edilməlidir. Arif Məlikov 2019-cu ildə rəhmətə gedib, Xəyyam Mirzəzadə 2018-ci ildə dünyasını dəyişib. Yəni ən azı 4 ildir ki, sayt yenilənmir. Məsələn telekanallar sadalanır, ANS və Lider işlək kanallar kimi göstərilir”.

 

“Bu təşkilatın saytında vəfat edən məşhurlar yaşayıb-yaradan kimi təqdim edilir” - BİABIRÇILIQ

 

Azər Qəribov onu da əlavə edib ki, Azərbaycanda keçirilən çoxsaylı Festivallardan yalnız ikisi qeyd edilir, onlardan biri isə çoxdan keçirilməyən Şərq-Qərb Festivalıdır: "Saytın özü isə ingilis və rus dilində işləyir. Lakin Azərbaycan dili yoxdur, həm də ingilis və rus versiyaları üst-üstə düşmür. Nə deyim, çox üzüldüm. Azərbaycanı dünyaya təqdim, xariciləri isə ölkəmizə cəlb etmək istəyən təşkilatın saytı belə olmamalıdır. Üstəlik Mədəniyət Nazirliyinin adı hallanırsa”.//dia.az