kanal14.az
kanal14.az

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
5-04-2021, 10:32 54 dəfə baxılıb

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, rayon sakini Arifə Tahirovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

A.Tahirova barəsində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA