Gündəm / İqtisadiyyat

Azərbaycan tütün və onun sənaye əvəzedicilərinin ixracını kəskin azaldıb

Azərbaycan tütün və onun sənaye əvəzedicilərinin ixracını kəskin azaldıb
 
 
 
 
 
 
 
 
 
 

 
 

 
 
 
 

Bu ilin yanvar ayında Azərbaycana 6,537 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,681 milyon dollar və yaxud 34,6% çoxdır.

Bu ilin ilk ayında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 95 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 686 min dollar və yaxud 87,85% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,01%-nə bərabər olub.