kanal14.az
kanal14.az

Azərbaycanda qadınların pensiya yaşı artırılır

Azərbaycanda qadınların pensiya yaşı artırılır
23-02-2021, 13:00 43 dəfə baxılıb

Azərbaycanda qadınların pensiya yaşı artırılır
 
"2021-ci il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bildirib.

O qeyd edib ki, pensiyada yaş həddinin mərhələli şəkildə artırılması 2017-ci ildən həyata keçirilir:

"Kişilər üçün pensiya yaşı 65-dir və bu proses tamamlanıb. Hazırda qadınların pensiya yaşı 62 yaşdır. Bu proses də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən altı ay artırılacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA