kanal14.az
kanal14.az

“Azərbaycan Dəmir Yolları” QSC-də bir səs yazısının sirri açılarsa… - ŞOK İDDİA

“Azərbaycan Dəmir Yolları” QSC-də bir səs yazısının sirri açılarsa… - ŞOK İDDİA
23-02-2021, 11:31 65 dəfə baxılıb

 “Azərbaycan Dəmir Yolları” QSC-də bir səs yazısının sirri açılarsa… - ŞOK İDDİA
 
 
 
 
 

 
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun biri, birinci olmaqla beş müavini var. Onların hər birinin sədrləri kimi iş təcrübəsi ilə dolu olan geniş tərcümeyi-halları var. Müavin Vüsal Aslanovdan başqa. Qeyd edək ki, 1981-ci il təvəllüdlü Vüsal Aslanov hələ Bakı Dövlət Universitetində hüquqi təhsil ala-ala "Azərinşaatservis”MMC də əmək fəaliyyətinə başlayıb,24 yaşında şirkətin Biznes İnkişafı Departamentinin direktoru olub. Daha sonra "Azərinteltek” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyyətinin üzvü, "Azərcon” Açıq Səhmdar Cəmiyyətinin direktoru, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb və birdən birə dövlət idarəetməsində sistemində heç bir təcrübəsi olmamasına baxmayaraq "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri,daha sonra isə sözügedən qurumda rəis müavinliyinə yüksəlib. Tərcümeyi-halından da görsəndiyi kimi bu adamın həyatı lap gənc yaşlarından birbaşa Cavid Qurbanovla bağlıdır. Dövrü mətbuatın yaydığı məlimatlarda da Vüsal Aslanovun atası, 64 yaşlı Yusif Bayram oğlu Aslanovun Cavid Qurbanova məxsus "Retro-Park” MTK-ya rəhbərlik etdiyi bildirilir.Bu isə ailənin birbaşa Cavid Qurbanova xidmət etdiyinin göstəricisir.



"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində son dövrlər mətbuatın gündəminə çevrilənlərdən biri də qurumun maliyyə idarəsinin rəis müavini Vəsilə Abdulovadır. Bu gənc xanım da əmək fəaliyyətinə 2006-da "Azərinşaatservis” MMC-də iqtisadçı və maliyyə mütəxəssisi kimi başlayıb. Sonra "Azelektromaş” MMC-də baş mühasib, 2014-cü ildə "Bakı Elektriktökmə” QSC-də baş mühasib, 2015-ci ildə isə "Nurgün” şirkətlər qrupunda maliyyə müdiri işləyib. Onun ulduzu isə 2016-cı ildə, "Azərreyl” voleybol klubunda baş mühasib, 2 ay sonra isə klubun vitse-prezidenti vəzifəsində çalışmağa başlayandan sonra parlayıb.



Cavid Qurbanovun işbirliyinə "Azərinşaatservis” MMC-dən başlamış bu iki gənc kadrını birləşdirən daha nələr var?Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Vəsilə Abdulovada rəis müavini Vüsal Aslanovun müəmmalı,daha doğrusu qaranlıq keçmişini özündə əks etdirən bir səs yazısı var. Bu səs yazısında söhbətin nələrdən getdiyini Vəsilə Abdulovadan başqa, məlumatlara görə bir də ancaq rəis müavini Vüsal Aslanov bilir. Burada Vüsal Aslanovun şefi Cavid Qurbanovun etibarından sui-istifadə etməsindən tutmuş,bir çox ciddi məsələlər ola bilər. Məsələnin ciddiliyi Vəsilə Abdlovanın son dövrlərdə həmin səs yazısından yetərincə yararlanmasına və sədr müavinin üzərində əbədi hökmranlıq etməsinə gətirib çıxarıb.Üstəlik bir çox dividentlər qazandırıb və qazandırmaqda da davam etdirir. Bəs o səs yazısında söhbət nədən gedir? Cavid Qurbanovun bir sədr kimi kadrlarının arxada nə kimi işlər çevirdiyindən xəbəri varmı? O səs yazısının sirri açılarsa "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində nələr baş verər, qurum nə kimi dəyişikliklərə məruz qalar?

Aktualinfo.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA