Gündəm / Sosial

Xankəndinə azərbaycanlılar nə zaman köçürülür? - AÇIQLAMA

Xankəndinə azərbaycanlılar nə zaman köçürülür?
44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan ağ bayraq qaldıraraq təslim oldu. Nəticədə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə üçtərəfli bəyanat imzalandı. Bu gün hər kəsi maraqlandıran məsələ Xankəndinə, Xocalı və Xocavəndə azərbaycanlıların nə zaman köçürüləcəyidir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, indiki vəziyyətdə vətəndaşlarımızın Xankəndinə köçürülməsi real görünmür:

"Müharibə yenicə qurtarıb. 30 il ərzində işğal altında olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Sonra böyük infrastruktur layihələri, inzibati-sosial obyektlər, insanların məskunlaşması üçün evlər inşa olunmalıdır. Əsas məsələlər Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Cəbrayılın, Füzulinin, Ağdamın, Şuşanın, Ağoğlan qəsəbəsinin məskunlaşdırılmasıdır. Nizamlama prosesi gedir və kifayət qədər həssas yanaşma tələb edir. Hər bir iş mərhələli şəkildə aparılmalıdır. Hadisələri tələsdirmək lazım deyil. Hər şey təbii yolla öz axarına düşəcək".