Gündəm / Sosial

“Ruhlar şəhəri”nin 3 əsrlik Cümə məscidi - FOTOLAR

 

27 ildən sonra işğaldan azad edilən Ağdam rayonunda bir dənə də olsun salamat tikili qalmayıb. Erməni vandalları bütün yaşayış binalarını, infrastrukturu məhv edərək Ağdamı xarabalığa çeviriblər.

Metbuat.az xəbər verir ki, "Ruhlar şəhəri”ni xatırladan Ağdamda yeganə nəzərə çarpan tikili tam dağıdılmamış Cümə məscididir.

Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağın təkrarolunmaz üslubunda tikilib. Oxşar məscidlər BərdəŞuşaFüzuli və Horadizdə də inşa edilib.

Erməni işğalı dövründə Ağdam Cümə məscidinin minarələri sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri, yardımçı otaqları dağıdılıb. Məscidin əşyaları, texniki avadanlıqları və qurğular qarət edilərək Ermənistana aparılıb. Uzun illər məsciddə ermənilər tərəfindən mal-qara və donuz saxlanılıb, ibadət ocağı tövlə kimi istifadə olunub.

27 illik işğaldan sonra üzərində Azərbaycan bayrağı dalğalanan məscidin ərazisi təmizlənib, yenidən oradan azan oxunaraq namaz qılınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Ağdam rayonuna səfər zamanı Cümə Məscidini də ziyarət ediblər. Ölkə başçısı Məkkədən gətirdiyi "Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb.















(Azvision.az)