Gündəm / Sosial

Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR... - ÇAĞIRIŞ

Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Balaca Elayın heç 3 yaşı yenicə olub. Üç yaşına yanvarın 24-də qədəm qoyub. Valideynləri onun doğum gününü qeyd etməyə hazırlaşarkən həyatlarının şokunu yaşayıblar. Belə ki, qarın ağrısından şikayətlənən Elayı həkimə aparanda onun çox ağır bir xəstəliyə tutulduğunu öyrəniblər.

Elayın atası Elxan Cahandarovun sözlərinə görə, keçən ilin noyabr ayında Elay əməliyyat olunub və sol böyrəyi ilə dalağı götürülüb:

"Əvvəllər Elayın səhhəti ilə bağlı heç bir şikayəti olmamışdı. Noyabr ayında uşaq iki gün ardıcıl olaraq qarın ağrısından şikayət etdi və biz onu sahə həkiminə apardıq. Orada müayinədən sonra məlum oldu ki, sol böyrəyinin 90%-ni tamamilə tutan və aydın olmayan törəmə var. Bizə məsləhət gördülər MRT müayinəsi edək. MRT müayinəsindən sonra sol böyrəkdə Vilms törəməsi aşkar olundu.
Təcili uşağı Milli Onkologiya Mərkəzinə apardıq. Orada bizə dedilər ki, sol böyrək tamamilə çıxarılmalıdır, çünki şiş börəyin fəaliyyətini tamamilə dayandırıb. Bizə izah etdilər ki, uşaq onsuz da bu müddət ərzində bir böyrəklə yaşıyırmış və bu törəməni təcili çıxartmaq lazımdır.

Uşaq dərhal əməlliyyat olundu. Həkimin dediyinə görə, şiş böyrəkdən dalağa da keçdiyi üçün məcbur qalıb dalağı da götürdülər".

Hazırda uşağa 28 həftə kimyaterapiya və 14 gün şüa təyin olunduğunu deyən Elayın atası müalicə xərclərini qarşılamaq üçün xeyirxah insanlardan yardım istəyir:

"Buna qədərki prosedurları qohum və dostların köməyi, dəstəyi ilə həyata keçirdik. Hətta bəzi tanışlardan borca pul da götürdüm. Lakin artıq Elayın müalicəsini davam etdirməyə imkanımız yoxdur. İki azyaşlı uşaqla Ramana qəsəbəsində kirayə tutduğumuz kiçik evdə yaşayırıq. Yoldaşım uşaqlara baxdığı üçün işləmir. Ailədə yalnız mən işlədiyim üçün maddi imkanımız elə də yaxşı deyil, pandemiya isə vəziyyətimizi bir qədər də çətinləşdirib.

Qızımızın gözümüzün qarşısında əzab çəkməsi bizə çox pis təsir edir. Allah heç kimi, heç bir valideyni övladı ilə sınağa çəkməsin. Bu sınaqdan çıxmağımız, Elayın sağalması üçün xeyirxah, mərhəmətli insanlardan kömək istəyirik. İnanırıq ki, səsimizə səs verənlər tapılacaq və Elayımız tezliklə sağlamlığına qovuşacaq".

Aşağıda tibbi sənədlərin nüsxəsini və bank rekvizitlərini dərc edirik. Ümid edirik ki, xeyirxah insanlar Elayın valideynlərinin səsinə səs verəcək və Elayın sağalması üçün kömək edəcəklər.

Elxan Cahandarov (Elayın atası): (050) 999-96-29

Elaya həyat mübarizəsində qalib gəlməyə dəstək olaq. Yardım edən hər kəsə Tanrı yar olsun!

Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...
Bu balamızın MİLLƏTİNƏ EHTİYACI VAR...