Gündəm / İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% artıb.

"Report" xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.