Gündəm / Şou

"Ondan danışıb əhvalımı pozmayaq"


Rəqqasə Oksana Rəsulova "Onda başladıq" proqramında bitən dostluqlarından danışıb.

Axşam.az xəbər verir ki, aparıcı Samir Bayramlı sənətçiyə "Dostluğa önəm verən birisən. Kiminləsə dostluğun pozulur. Buna görə cəhd edirsən?" sözlərinə belə reaksiya verib:

"O qatar getdi, ondan danışıb əhvalımı pozmayaq. Mövzu bağlandı. Layiq adam üçün cəhd edərəm. Çünki onlar da cəhd edirlər. Elə adamlar da var ki, cəhd etsələr də, etməsələr də dəyişməyəcəklər. Sənə neqativ enerji bağışlayanlardan uzaq olmaq lazımdır".

Oksana daha sonra müğənni Natavan Həbibi ilə münasibətlərinin bitməsinə aydınlıq gətirib:

"Dost xəyanəti, paxıllıq münasibəti bitirər. Əgər mən sənə görə çoxundan imtina edib, səni necə var elə qəbul etmişəmsə, bizə aid məsələni mənlə məsləhətləşməlisən. Sənə görə həmin adamla üz-göz olmuşam. Amma gedib özün danışıb, münasibət qurursan. Onunla barışırsan, mən kənarda qalıram. Ondan sonra o adamın (prodüser Tarix Əliyev - red.) verilişinə getdim və aydınlıq gətirdi".