Gündəm

Naftalanda Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət edildi - FOTOLAR

Naftalanda Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət edildi - FOTOLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

"Yeni Gündəm”in məlumatına görə, deputat və başçı şəhidlərin yaxınları və valideynləri ilə həmsöhbət olub.

Onlara vətən üçün canından keçən belə övladlar böyütdükləri üçün təşəkkür edib. Görüşlərdə vurğulanıb ki, istər şəhid ailələri, istərsə də qazilər heç vaxt diqqətdən kənarda qalmayacaq və onlar üçün hər cür şərait yaradılacaq.