Gündəm / Cəmiyyət / Sosial / Foto / Video

Şəhidlərə hörmətsizlik: Binəqədi-Mehdiabad yolunda ucalan şəhid lövhələri İcra orqanının göstərişilə yığışdırıldı-Video/Foto

Şəhidlərə hörmətsizlik: Binəqədi-Mehdiabad yolunda ucalan şəhid lövhələri İcra orqanının göstərişilə yığışdırıldı-Video/Foto







Heçkimə sirr deyil ki,bir zamanlar ölkədə elə bir hal mövcud idi ki,Qqarabağ mövzusundan danışan və yaxud da bu səpgidə hər hansı bir şuar səsləndirən hər kim olsaydı,mütləq şəkildə müxtəlif formada cəzalandırılardı. Bəzən cəmiyyət arasında elə zənn olunurdu ki,idarəçilik sistemində torpağa,millətə və dövlətə zidd olan qüvvələr xüsusi yer alır.

Bəli,zaman-zaman bu ehtimallar özünü büruzə verməyə başladı. Təbii ki,bu gün yaxın keçmişə nəzər saldıqda görürük ki,bir çox yüksək çinli məmurlar bu dövlətin çörəyini yeyib,suyunu içərək dövlətə,millətə və hakimiyyətə xəyanət etmiş və öz mənfəətləri haqda hesab-kitab etmişlər. Yəqin ki,həbs olunmuş İcra başçılarının əməllərini hamımız yaxşı xatırlayırıq. Bax o zaman insanın ilk ağlına gələn birinci fikir o olur ki,bu qədər sərvət düşkünü olan bir şəxsdə nə vətən,nə millət,nə də ki,dövlət sevgisi olar.
Şəhidlərə hörmətsizlik: Binəqədi-Mehdiabad yolunda ucalan şəhid lövhələri İcra orqanının göstərişilə yığışdırıldı-Video/Foto








 
 
 
 
 
Əlbətdə ki,bucür xəbis və xain xislətli məmurlar zaman-zaman öz laiqli cəzalarını alırlar. Amma görünür ki,hələ də bucür niyyətdə olan məmurlarımız var. Dəyərli DogruXeber.az informasiya agentliyinin izləyiciləri bu gün diqqətimizi özünə cəlb edən bir məsələni sizlərin nəzərinə çatdırmaq istəyirik. Bildiyimiz kimi bir neçə gündür ki,Binəqədi-Mehdiabad yolunun kənarında Qarabağ uğrunda şirin canlarından keçmiş şəhidlərimizin qusdar üsulla düzəldilmiş lövhələri ucaldılmışdır. Bu təqdirə laiq təşəbbüs, iki əmioğlanları tərəfindən həyata keçirilmişdir. Hətta həmin ərazidə olan mənzərəni "ARB" televiziya kanalının əməkdaşları qeydə alaraq sujet də hazırlamışdılar.

Görülən bu xoş mənzərə insanlarda böyük fərəh hissi yaratmışdır. Amma bu sevinc çox uzun çəkmədi. Ertəsi gün icra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən təşəbbüsü həyata keçirən əmioğlanlarına löhvələri dərhal yığışdırmaq göstərişi verilib. Çarəsiz durumda qalan vətən sevdalısı əmioğlular,elə həmin gün böyük sevgi ilə ərsəyə gətirdikləri lövhələri söküblər. Bütün bu baş verənlər ölkə içtimaiyyətinin qınaq obyektinə çevrildi. Amma nə fayda,atalar demişkən"sən saydığını say gör Binəqədi İcra Hakimiyyəti nə sayır".

Burada kiçik bir xatırlatma etmək istərdim. Bir neçə ay öncə DoğruXeber.az-ın redaksiyasına şəhid qardaşı Qəribov Elsevər Ağamir oğlu tərəfindən müraciət daxil olmuşdur. Müraciətdə şəhid qardaşının sözlərinə görə tam təsadüfü olaraq 28 may ərazisindən keçərkən ölkə Prezidentinin vətəndaşlarla görüşünü görür. Və yubanmadan o da həmin məkana gəlir və Prezident ilə görüşür. Elsevər Qəribov Prezidentə şəhid qardaşı olduğunu və mənzilinin olmadığını bildirir. Ölkə başçısı təəccüb edir və dərhal göstəriş verir ki,vətəndaş evlə təmin olunsun. Bu göstəriş Prezident Administrasiyasından bir başa Binəqədi Rayon İcra başçısı Elxan Allahverdiyevə həvalə edilir.

Elə zənn edirsiniz ki,bu tapşırıq ölkə başçısının tapşırığı olduğu üçün,İcra başçısı bu göstərişi dərhal icra edəcək! Amma tam əksi,şəhid qardaşını aylarla aldadıb başdan eləməyə çalışıblar. Nəhayət ki,aldanıldığını görən şəhid qardaşı E.Qəribov son ümid yeri olaraq redaksiyamıza üz tutub. Dərdini bizə danışan şəhid qardaşı E.Qəribovun problemini redaksiyamızda işıqlandırdıq. Bundan sonra narahat olan İcra başçısı vətəndaşın problemini həll etmək məcburuyyətində qaldı və həll də etdi. Bu məsələni ona görə qeyd etdik ki,şəhidlərə hörmətsizlik bu rayon icra orqanında "türklər demişkən" əskidəndir.

Yuxarıda qeyd etdiyimiz kimi şəxsi hesablarını düşünərək sərvət peşində olan məmurlarda,nə dövlətə sədaqət,nə millətə xidmət,nədə ki,vətən uğrunda öz şirin canlarından keçmiş şəhidlərimizə məhəbbət olar. El arasında yaxşı deyim var deyərlər "dərdlini,dərdi olan anlar". Xatırlayırsınızsa bir zamanlar sosial mediada Binəqədi rayon İcra başçısı Elxan Allahverdiyevin oğlunun adına üç böyük şirkətin olduğuna dair vergi qeydiyatından keçmiş sənədlər yayımlanmışdır. Hətta müsahibimiz olmuş şəhid qardaşı E.Qəribov müsahibə verdiyi zaman iddia edirdi ki,"Azadlıq metrosunun yaxınlığındakı yeni inşa olan hündürmərtəbəli bina,Binəqədi rayon İcra başçısı Elxan Allahverdiyevin şirkəti tərəfindən inşa edilir".