Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Foto / Video

“Karvan” marketdə Covid-19-a qarşı qoruyucu tədbirlər görülmür:İDDİA-FOTO/VİDEO

“Karvan” marketdə Covid-19-a qarşı qoruyucu tədbirlər görülmür:İDDİA-FOTO/VİDEO




 
 
 




Son günlər COVİD-19 virusuna yoluxanların sayının  4000-dən aşağı düşmədiyini  nəzərə alsaq deyə bilərik ki, bütün qapalı məkanlar kimi, iri supermarketlərdə də yoluxma təhlükəsi qaçılmazdır.Ölkədə pandemiya yayılmağa başlayandan Operativ Qərargahın tapşırıqlarına əsasən bütün iri supermarketlərdə karantin qaydalarına riayət olunması tələbi irəli sürülüb.
Bəs marketlərin daxilində qoyulan tələblərə niyə riayət edilmir?
Artıq uzun müddətdir ki,Sumqayıtda "Karvan” marketə gələn  müştərilərin hərarəti ölçülmür,əlləri dezinfeksiya olunmadan,tibbi maskasız alış-veriş üçün içəri daxil olmalarına icazə verilir.
Alıcılarla maarifləndirici söhbət aparılmır.
Marketdə direktor,administrator,digər rəhbər şəxslər və bir neçə satıcı COVİD-19 xəstələri olduqları halda marketdə dezinfeksiya işləri aparılmır,marketdə şəffaf arakəsmələr quraşdırılmayıb,marketin işçiləri COVİD-19 testindən keçməyiblər.Bu marketdə ümumiyyətlə özbaşınalıq hökm sürür.Narazı müştəriləri isə satıcılar çəkinmədən təhqir edir,hədə-qorxu gələrək heç kimdən çəkinmədiklərini söyləyirlər. ”Karvan” ticarət mərkəzinin  sahibi Kamilin şəhər rəhbərliyində olan adamları onu himayə etdiyinə görə bu marketdə müştərilər təhlükə ilə üz-üzə qalıblar.
Redaksiya qarşı tərəfin söz haqqını tanıyır: