Gündəm / Cəmiyyət

Ermənistanda Qarabağdan qanunsuz silah daşınması ilə bağlı

Ermənistanda Qarabağdan qanunsuz silah daşınması ilə bağlı




 
 
 
 
Döyüş meydanında üzləşdiyi ard-arda uğursuzluqlar səbəbindən Ermənistan ordusunda nizamsızlıq və hərc-mərclik hökm sürür. Ermənistanın İstintaq Komitəsi Dağlıq Qarabağdan qanunsuz silah daşınması faktları ilə bağlı 9 nəfərə qarşı cinayət işi açıb.

Bu barədə İstintaq Komitəsi sədrinin müavini Artuş Melikyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu işlər bir-biri ilə əlaqəli deyil. Belə ki, mütəşəkkil yox, ayrı-ayrılıqda törədilən cinayətlərdir.

"Bir qayda olaraq, problem ehtiyatda olanlarla ortaya çıxır, eyni zamanda silah daşınmasına dair məqsədləri ilə bağlı ciddi əsaslar göstərə bilmirlər”,- deyə Melikyan qeyd edib.