Dünya

ABŞ İranın neft tankerlərini ələ keçirdi

ABŞ İranın 4 neft tankerinə əl qoyub.

Kanal14.az bildirir ki, bu barədə "Voll Strit Jurnal” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ prokurorları ötən ay İranın Venesuelaya neft göndərdiyi 4 tankeri ələ keçirmək üçün məhkəməyə müraciət edib:

"Luna”, "Pandi”, "Berinq” və "Bella” adlı 4 tankerə çox yaxın zamanda əl qoyulub. Hyuston limanına gətirilən gəmilər İrana qarşı tətbiq edilən sanksiyalar çərçivəsində ələ keçirilib”.

(Axar.az)