Dünya

Səddamın son müdafiə naziri də öldü

İraqda Səddam Hüseyn dövrünün son müdafiə naziri Sultan Haşim ürək tutmasından ölüb.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı İraqın Zikar vilayətinin qubernator administrasiyasının nümayəndəsi Casim əl-Səadi yayıb.

O, Sultan Haşimin 19 iyulda Əl Hut həbsxanasında öldüyünü bildirib.

Qeyd edək ki, Sultan Haşim Səddam Hüseyn dövrünün aparıcı simalarından olub. O, İraqın 1980-ci illərdən 2003-cü ilə qədər aparılan bütün savaşlarında iştirak edib, kürdlərə qarşı etnik təmizləmənin əsas təşkilatçılarından olub. 1995-2003-cü illərdə İraq müdafiə naziri olan Haşim barəsində edam qərarı çıxarılsa da, ABŞ onu İraq hökumətinə verməkdən imtina edib.