Dünya

Çin imtina etdi: Honkonq müzakirəsi...

Çin BMT Təhlükəsizlik Şurasında Honkonq ətrafındakı situasiyanı müzakirə etməkdən imtina edib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi yayıb.

"ABŞ Çinin təklif etdiyi milli təhlükəsizlik qanunu ilə bağlı BMT Təhlükəsizlik Şurasının virtual iclasını keçirməyə çağırış edib. Çinin bu iclası keçirməkdən imtina etməsi təəccüblü deyil", - nümayəndəliyin məlumatında bildirilib.

Çin tərəfi də iclasdan imtina ilə bağlı məlumat yayıb. Məlumatda Honkonqla bağlı məsələnin Çinin daxili işi olduğu vurğulanıb.