kanal14.az
kanal14.az

Mourinyo Premyer Liqaya qayıda bilər

Mourinyo Premyer Liqaya qayıda bilər
9-10-2019, 14:51 19 dəfə baxılıb

Mourinyo Premyer Liqaya qayıda bilər
 
 
 
 
 
 
 
 
 
 

Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Kanal14.az  goal.az-a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin "Tottenhem"ə rəhbərlik etmək ehtimalı var. Klub idarəçiləri komandanın hazırkı baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərəcəyi təqdirdə, əsas namizəd qismində Mourinyonu görürlər.

Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında 8 oyundan 11 xalla 9-cu sıradadır. Poçettinonun London təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar "Mançester Yunayted"in baş məşqçi postundan kənarlaşdırılmış Mourinyo İngiltərənin "Çelsi" klubunu da çalışdırıb. O, daha əvvəl "Portu" (portuqaliya), İtaliyada "İnter" (İtaliya), "Real Madrid" (İspaniya) klublarını çalışdırıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA