Dünya

Donuz qripi Ermənistana da yayıldı

http://www.unikal.org/photos/unikal/1546956862.952be073-a20c-4d88-b3b1-d1b0d7062798.jpg
 
 
 
 

Ermənistanda 10 nəfərdə donuz qripi aşkar edilib.

 Ermənistan KİV-i yayıb.

Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan hadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: "Gəlin, buna donuz qripi deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də donuz qripi simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan (donuz qripi) ölənlərin sayı 11-ə çatıb.