Cəmiyyət / Hadisə

Rayonda yas mərasimi keçirənlər cərimələndi

Beyləqan rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Kanal14.az DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az -a verilən məlumata istinadən bildirir ki, Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.