Cəmiyyət / Hadisə

Azərbaycanın hərbi qulluqçusu vəfat etdi

Müdafiə Nazirliyi: Koronavirusla mübarizə üçün tədbirlər görülür

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

Mumtv.az bildirir ki,bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir", - nazirlikdən bildirilib.

Allah rəhmət eləsin!