Cəmiyyət

Sabah paytaxtda 23, bəzi bölgələrdə isə 25 dərəcə isti olacaq

Sabah paytaxtda 23, bəzi bölgələrdə isə 25 dərəcə isti olacaq
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Azərbaycanda oktyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Kanal14.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 25-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°,

gündüz 9-14° isti olacağı ehtimal edilir.