Cəmiyyət

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi - Müdafiə Nazirliyi

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi - Müdafiə Nazirliyi
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Oktyabrın 17-i gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

 

Kanal14.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.