Cəmiyyət

Düşmənə məxsus PUA məhv edilib

Düşmənə məxsus PUA məhv edilib

İyulun 16-sı səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

 

Kanal14.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.