Təhsil

Magistraturaya plan yerlərinin 85 faizi doldu

Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların əmrləri müvafiq ali təhsil müəssisələrinə göndərilib.

Kanal14.az Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata əsasən bildirir ki, boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9753 plan yerindən 8301 (o cümlədən 3078 DS əsasında) yer tutulub.

Plan yerləri 85.11% dolub.