Təhsil

Müəllim olmaq istəyən 1530 namizəd üçün imtahan keçirilir

Müəllim olmaq istəyən 1530 namizəd üçün imtahan keçirilir

Sentyabrın 1-də ingilis dili, alman dili və kimya fənləri üzrə test imtahanları keçirilir. İmtahanlarda 1530 namizədin iştirakı nəzərdə tutulur.

Kanal14.az bildirir ki, test imtahanları BakıGəncəSumqayıtLənkəranMasallıŞirvanKürdəmirAğdaşMingəçevirBərdəAğcabədiQubaŞamaxıBalakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

(Metbuat.az)