Şou

"Bay yanlış"ın aktrisası ərə gedir

Aktyor Serkan Çayoğlu ilə aktrisa Özge Gürel uzun müddətdir davam edən münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər.

Kanal14.az bildirir ki, 2014-cü ildə "Kiraz Mevsimi" serialında tanış olub eşq yaşamağa başlayan sevgililər bir müddət əvvəl ayrılmışdı. Uzun müddət ayrı qala bilməyən aktyorlar münasibətlərinə ikinci şansı verib.

Dostları ilə tətilə gedən Serkanın sosial şəbəkədə yayımladığı fotoya Özge "Sizi çox sevirəm Serkan beyim, elə-belə deyil" şərhini yazıb.

Yaxınları aktyorların payızda nikah masasına oturmağa hazırlaşdığını bildiriblər.

Qeyd edək ki, Özge hazırda "Bay yanlış" serialında rol alır.

 
 
(Axsam.az)