Şou

Sevgilisinə 16 minlik üzük aldı

Sevgilisinə 16 minlik üzük aldı

Müğənni Seda Sayanın biznesmen oğlu Oğulcan Engin sevgilisi Ezgi Eyüboğluna evlənmək təklif etməyə hazırlaşır.

 

Kanal14.az xarici KİV-ə istinadən xəbər verir ki, Engin sevgilisinin ad günündə ona süpriz edəcək. O, Ezgiyə dəyəri 16 min dollar olan üzük alıb.

Oğulcana alış-veriş zamanı atası Sinan Engin də kömək edib.

Qeyd edək ki, Seda Sayan da oğlunun Ezgi ilə evlənməsini istədyini açıqlamışdı.