Şou

Hollivud ulduzları Floydun dəfn mərasiminə qatıldılar

Hollivud ulduzları Floydun dəfn mərasiminə qatıldılar

ABŞ-da irqçi polisin qurbanı olan Corc Floydun dəfn mərasimində iki məşhur aktyor - Çenninq Tatum və Ceymi Foks iştirak edib. 

Kanal14.az xarici mətbuata istinadən xəbər verir ki, küçələrdə etiraz aksiyasına qatılan Tatum ilə İnstaqram hesabında "Black Lives Matter” həştəqi ilə paylaşımlar edən C.Foks "The Fountain of Praise” kilsəsindəki mərasimə maskada qatılıblar. 

Qeyd edək ki, ABŞ-da Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyalarına bir çox məşhurlar qoşulub. Ulduzlar "Ədalət yoxdursa, sülh də yoxdur” şüarı ilə keçirilən aksiyalarda aktiv iştirak ediblər. 

Xatırladaq ki, mayın 25-də qaradərili Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda asayiş keşikçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxaraq öldürməsi aydın görünür.