Şou

"Ədalət Şükürovdan 3 min borc almışam"

Müğənni Ceyhun Əliyev karantin günlərində maddi sıxıntı çəkdiyini bildirib.

Kanal14.az xəbər verir ki, sənətçi "5/5" verilişində Əməkdar artist Ədalət Şükürovdan borc pul aldığını deyib:

 

"Ədalətdən 3 min manat borc almışam. Ən birinci o, məni yığdı ki, ehtiyacın olsa, de. Şou-biznesdə ən çox pul qazananlardan biri Ədalətdir.

Evlənəndə də mənim elçiliyimə Ədalət getdi. Qızı mənə vermirdilər. Ədalət getdi ki, gözümün qabağında addımlayıb, bütün uğurlarını görmüşəm. Valideynlər fikirləşirdilər ki, müğənnidir, ailəyə bağlı olmayacaq. İndi iki övladım var: qızım 6, oğlumun 2 yaşı var".