Şou

“Arvadım özünə adam tapmışdı, mənə xəyanət edirdi” - Xalq artistinin oğlu

“Arvadım özünə adam tapmışdı, mənə xəyanət edirdi” - Xalq artistinin oğlu
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Mərhum aktyor, Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz "Bizimləsən" verilişinə üz tutub.

"Kanal14.az”  xəbər verir ki, o, övladını görmək istədiyini bildirib. Çingizin dediyinə görə övladı onu görmək istəmir:

"Qızımı görsəm, ona heç nə deməyəcəm. Ona yaxşı ata olmamışam. Anasını da döyürdüm. Pis ata olmuşam, amma qadın mənimlə yaşaya-yaşaya özünə adam tapmışdı, mənə xəyanət edirdi. Normal ayrılardı, gedib, başqası ilə yaşayardı".

Verilişə zəng edən bir şəxs  Çingizin ünvanına sərt fikirlər səsləndirb:

"Səyavuş Aslanı Çingiz çərlətdi, öldürdü. Həmişə həbs edilirdi. Atası onun üçün nələr etmirdi. Həbsdən çıxıb, narkomanlıq edirdi, yenə tuturdular. Onu xəstəxanaya qoyub, narkotikdən müalicə də etdirdilər". 

Xatırladaq ki, Çingiz bundan əvvəl də  "Bizimləsən" proqramına gələrək, küçələrdə qaldığını demişdi və  sığınacağa yerləşdirilmişdi./Yeni Sabah