Şou / Mədəniyyət

Rəhim və Niyam barışdı

http://olke.az/uploads/1549342492/niya.jpg
 
Müğənni Rəhim Rəhimli və həmkarı Niyam Salami barışıblar.

"Kanal14.az" Axşam.az-a istinadən xəbər verir ki, "MTV” kanalında Niyamın qonaq olduğu canlı yayıma qəfildən Rəhim gəlib. Onlar qucaqlaşaraq salamlaşıblar.

Daha sonra aparıcıların onların hansı səbəbdən küsülü olması ilə bağlı suala Niyam belə cavab verib:

"Qəza törətdim. Maşın aşdı. Yaxşı ki, kəmərim var idi. Mənə dedilər ki, Rəhim və kimlər-kimlər oradan keçib, səni görüblər, amma yaxınlaşmayıblar. And içirdilər. Mənə də o pis təsir etdi. Bircə buna görə".

 

Rəhim isə Niyama səhv məlumat verildiyini, onun həmin an hadisə yerində olmadığını söyləyib və and içərək həmkarını inandırmağa çalışıb.