Şou / Mədəniyyət

“Avlu”nun aktrisaları həbsə girdilər

http://olke.az/uploads/1549257728/avlu.jpg
"Avlu” serialının aktrisaları Bakırköydəki qadın həbsxanasında olublar.

Ədliyyə nazirliyinin icazəsi ilə serialın rejissoru Yüksəl Aksu ilə aktrisalar-Nursel Köse, Ceren Moray, Kenan Ece və digərləri əvvəlcə nazirliyin müşaviri və prokurorun iştirakı ilə keçirilən iclasda iştirak ediblər. İclasdan sonra isə aktyor heyəti məhkumlara kursların verildiyi yerləri gəziblər. Sonra isə tekstil atelyesində məhkum qadınlarla söhbət ediblər.

"Avlu”nun aktyorları məhkumlar üçün nəzərdə tutulmuş kitabxanada da olublar. Sonra isə açıq və bağlı görüş yerləri də incələnib. Səfər başa çatdıqdan  sonra həbsxana prokuroru və həbsxana rəisi tərəfindən aktyor və aktrisalara məhkumların əl işləri hədiyyə edilib.