Şou

Cem Yılmaz iddialara cavab verdi

Cem Yılmaz iddialara cavab verdi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

"O Səs Türkiyə” proqramının aparıcısı Səadət Özsırkıntı ilə sevgili olduğu iddia olunan Cem Yılmaz açıqlama verib.

Kanal14.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komediya ustası iddialara işarə edərək sosial şəbəkədə paylaşım edərək cavab verib.

O, "2 gündən sonra "böyük sevgi bitdi" yazacaqsınız... Bitənə qədər mübarizəni davam etdirin" – deyə yazıb.

Digər tərəfdən Saadet Özsırkıntı "İnstagram” hesabında

iddiaların doğru olmadığını yazıb:

"İnanın bu çətin günlərdə bu açıqlamanı vermək çox kədərlidir. Cem Yılmazı işimə görə tanıyırdım. Kiməsə salam verməyim sevgiyə çevrilməsin. Xahiş edirəm,  yalan məlumatlarla gündəm yaratmayın”.  

Qeyd edək ki, Cem Yılmaz sevgilisi tanınmış aktrisa Serenay Sarıkayadan bir neçə gün öncə ayrılıb. Bu barədə Cem Yılmazın özü açıqlama verib. 47 yaşlı aktyor jurnalistlərə açıqlamasında 29 yaşlı aktrisa sevgilisindən ayrıldığını təsdiqləyib.