Qış gəlməmiş "Azəriqaz"ın qaz sınağı... - GİLEY
Havanın temperaturu aşağı düşən kimi paytaxtın bəzi ərazilərində mavi qazın təzyiqi kəskin şəkildə aşağı düşüb. Bakının bəzi rayonlarında isə ümumiyyətlə qazın verilişində məhdudiyyət yaranıb.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən sakinlər bildiriblər ki, Bakıətrafı qəsəbələrdə dörd gündür ki, qaz yoxdur. Abşeron rayonu Masazır kənd sakini Gülnar Səfərova Sputnik Azərbaycan-a bildirib ki, havalar soyuyandan qaz üzünə həsrətdirlər: "Ayın 1-i axşam saatlarından qazın təzyiqi aşağı düşdü. Bir qədər sonra isə tamamilə söndü. Artıq dörd gündür ki, nə qaz plitəsinə qaz gəlir, nə də ki, kombiyə. Yeməyi də, çayı da elektrik plitəsində hazırlayırıq. Bu həftə gedib Bayılda bacımın evində yuyunmuşuq. "Azəriqaz" İstehsalat Birliyinə zəng vurub şikayət etsək də, qazın kəsilməsinin səbəbini demirlər. Bircə kəlmə bildirirlər ki, şikayətiniz qeydə alındı. Bizim yaşadığımız Molla Pənah Vaqif küçəsində hansı qapını döysəniz, eyni problemdən şikayət edəcəklər".
Mazasır qəsəbəsi General Akim Abbasov küçəsində isə qazın təzyiqi kəskin aşağı düşüb. Abonent Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qazın təzyiqi üç gündür ki, aşağıdır: "Qazı elə təzyiqlə verirlər ki, gəlməsə, ondan yaxşıdır. Üç gündür, bir çaydan çayı üç saata qaynadırıq. Çay qaynayan kimi termosa tökürük ki, uşaqlar çaysız qalmasınlar. Yemək bişirmək isə mümkün deyil. Abşeron Qaz İstismar Sahəsinə zəng edirik, deyirlər ki, qaza tələbat artdığından təzyiq aşağı düşüb. "Qış qazı" (qış mövsümü nəzərdə tutulur - red.) veriləndən sonra düzələcək. "Qış qazı"nın verilməsinə isə 10 gündən çox vaxt var".
Suraxanı rayonu Hövsan qəsəbə sakini Tarıyel Şıxbalayev isə Sputnik Azərbaycan-a bildirib ki, ötən həftənin beşinci günündən etibarən qazın təzyiqi kəskin aşağı düşüb: "Dörd gündür ki, biz qaz üzünə həsrətik. Bizim evimiz, Oqtay Şabanov küçəsi, demək olar ki, Hövsanın girişində yerləşir.
Qaz o qədər zəif gəlir ki, yandıran kimi sönür. Maraqlıqdır ki, o biri küçələrdə bizə nisbətən qazın təzyiqi normaldır. "Azəriqaz" İstehsalat Birliyinin "185" və "104" qaynar xəttindən isə qazın təzyiqinin aşağı düşməsinin səbəbi barədə bizə heç bir məlumat verilmir. Bircə kəlmə deyirlər ki, araşdırılacaq. Bu dörd gündə araşdırıb ortaya heç nə çıxarda bilməyiblər.
Əlaqə nömrəmizi alıb yola verirlər. Evdə isə qoca, xəstə, körpə var. "Azəriqaz"da bunu başa düşən bir məmur tapılmır ki, gedib dərdimizi danışaq".
Paytaxtın kənar əraziləri ilə yanaşı, Bakının mərkəzi rayonlarında da abonentlər qazın təzyiqindən şikayətçidirlər. Nərimanov rayonun bir sıra ünvanlarında mavi yanacağın təzyiqi kəskin aşağı düşüb. Yusif Vəzir Çəmənzəminli küçəsində qaz çox aşağı təzyiqlə verilir. Rayonun Ağa Nemətulla küçələrində isə qazın təzyiqi tez-tez dəyişir. Abonentlər qazın bəzən çox aşağı təzyiqlə verildiyini, bəzən isə kəskin artdığını söyləyirlər.
Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Qasımbəy Hacıbababəyov küçəsində də qazın təzyiqi aşağı düşüb və növbəti gün kəskin artıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər mövsüm Birliyə "Azəriqaz" İstehsalat Birliyinin yarıtmaz fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər daxil olur: ""Azəriqaz" əhalini mavi yanacaqla təmin edən yeganə qurumdur. Bu qurum qazı kəssə, bazarda elə bir şirkət yoxdur ki, camaatı mavi qazla təmin etsin. "Azəriqaz" İB abonentlərin başqa mənbəyə qoşulmaq imkanının olmamasını nəzərə alaraq, əhalini fasiləsiz qazla təmin etməlidir. "İstehlakçıların Hüquqlarının Qorunması haqqında" qanunda da qeyd edilib ki, monopolist mövqe tutan qurum abonenti fasiləsiz enerji ilə təmin etməlidir. Havalar soyuyar-soyumaz qazın təzyiqinin aşağı düşməsi isə bu qurumun qazın verilişini tələbata uyğun tənzimləməməsindən irəli gəlir. Qış mövsümü başlayan kimi evlərdə dəm qazından boğulma, partlayışların baş verməsi də bu qurumun qazın verilişi və təzyiqində apardığı dəyişikliklə əlaqədardır. Qazın təzyiqini kəskin aşağı salıb birdən-birə artırmaq partlayışlara səbəb ola bilər".
"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda bəzi ünvanlarda qazın təzyiqinin aşağı düşməsi qış vaxtı ilə bağlı tənzimləmələrin aparılması ilə əlaqəli olub: "Bizim qurumun əməkdaşları tərəfindən oktyabr ayının sonundan başlayaq qış rejiminə keçidlə bağlı tənzimləmələr aparılırdı. Tənzimləmə işləri havanın soyuması ilə üst-üstə düşdü. Bu səbəbdən bəzi yelərdə mavi yanacağın verilişində problemlər ortaya çıxıb. Amma proses "Azəriqaz" İB rəhbərliyinin tapşırığı ilə vaxtında nəzarətə götürülüb. Hazırda xətlərdə optimallaşdırılma işləri aparılır. Rayonlarda qaz şəbəkələrində tələbat artdıqda mavi yanacağın da həcmi artırılır. Ümumiyyətlə, havaların soyuması ilə əlaqədar mənzillərdə qaz qızdırıcıları işə salınıb. Bu isə mavi qaza tələbatı artırıb. Hazırda mavi qazın tələbata uyğun şəkildə abonentlərə verilişinə ciddi nəzarət edilir".
C.Səfərov bildirib ki, havaların soyuması ilə əlaqədar Bakıda ən çox şikayət Sabunçu rayonu və Maştağa qəsəbəsinin payına düşür: "Bütün müraciətlər qeydə alınıb və araşdırılır. Abonentlərin mavi qazla təminatı ilə bağlı yaranmış problemlər aradan qaldırılır".