Sosial

Bazarda indi satılan qarpız təhlükəlidirmi?

Bazarda indi satılan qarpız təhlükəlidirmi?
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Eyyub Hüseynov: "Qədimdə qarpızı ev şəraitində Novruz bayramına qədər saxlayırdılar...”
Mövsümün sona çatmasına baxmayaraq, kənd təsərrüfatı bazarlarında hələ də qarpız və yemiş satılmaqdadır. Bu səbəbdən mövsümdən əvvəl satılan qarpızın zəhərlənməyə səbəb olub-olmayacağı insanları narahat etdiyi kimi, mövsümdən sonra satılan məhsulun keyfiyyəti də narahat edir.

 

Bəs görəsən, bu qarpız harada , necə saxlanılır, insan səhhətinə neqativ təsirləri varmı? Hazırda sahələrdə qarpızın yetişdirilməsi davam edirmi?

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hazırda satılan qarpızlarda nitritlər daha azdır: "Ancaq bizim yoxlamalar onu göstərir ki, bazara çıxarılan məhsullarda nitritlərin miqdarı normadan iki dəfə çox olur. İndiki məhsullarda da bu var. Qarpızı qədimdə ev şəraitində Novruz bayramına qədər saxlayırdılar. Onlar təbii yolla yetişən iritumlu qarpızlar idi.  Ancaq indiki qarpızları saxlamaq olmur, çünki müxtəlif təsirlərə məruz qalıb, bir hissəsi genetik modifikasiya olunmuş qarpızlardır. O baxımdan indi qarpız-yemişdən istifadə etmək heç də təhlükəli deyil”.

 

Kənd təsərrüfatı ekspertləri isə bildirir ki, qarpızın dekabr ayına qədər saxlanılması mümkündür və insanlar  bunu fərdi şəkildə də edə bilirlər. Qarpız istehsalçıları isə daha çox mövsümdən sonrakı dövr üçün saxlayırlar ki, qiymət baha olsun. Bunun üçün müxtəlif variantlar var, talvarın altında, qumun içində və ya samanın içində saxlayanlar var. Bu şəkildə qarpızı hətta 1 il də saxlamaq olar. Keyfiyyəti isə saxlama şəraitindən asılıdır. İnsanlar normal şəkildə alıb istifadə edə bilərlər. Hazırda yol kənarlarında satılan qarpızın da yerli məhsul olduğu bildirilir. (Musavat.com)