Sosial

Bakı metrosunun qarşısında biabırçı mənzərə

Bakı metrosunun qarşısında biabırçı mənzərə
 
 
 
 
 
 
 
 
 
Son vaxtlar Bakı meriyası şəhərin təmiz saxlanılması məqsədilə müəyyən tədbirlərə başlasa da, hələlik görülən işlərin nəticəsini uğurlu saymaq olmaz.

Çünki hələ də əvvəlki illərdə olduğu kimi şəhərin mərkəzində zibil əlindən tərpənmək olmur.

Belə məkanlardan biri "Nərimanov” metrostansiyası yaxınlığıdır. Bu ərazinin sakinləri də zibillikdən şikayətlənirlər.

Vətəndaşların göndərdikləri görüntülərdən də şikayətlərin əsaslı olduğu aydın görünür.

Belə ki, metronun çıxışı, kafelərin qabağı zibillə doludur.