Sosial

Bayram günlərində rayona gedənlərə — ŞAD XƏBƏR

Bayram günlərində rayona gedənlərə — ŞAD XƏBƏR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçib.
"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bayram günləri ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust tarixlərində əlavə qatar təyin edilib.
Qurum sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir./ Azerinfo.az