Siyasət / Dünya

İrandan Ermənistana silah göndərilib? - Rəsmi

Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır.

Kanal14.az bildirir ki,bu barədə Axar.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanmışdır və qətiyyən doğru deyildir.