Siyasət

Hulusi Akar və Yaşar Güler Azərbaycana gəlir

Hulusi Akar və Yaşar Güler Azərbaycana gəlir

Avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

 

Mumtv.az Müdafiə Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata əsasən bildirir ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.