Vilayət Eyvazov bu rayonun DYP rəisini vəzifəsindən AZAD ETDİ
Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Kanal14.az "unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis kapitanı Seymur Quliyev vəzifəsindən azad olunaraq DİN-in Baş Tədqiqat və İstindaq idarəsində fəaliyyətə başlayıb.
Qeyd edək ki, Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.