Siyasət / Dünya

Fransada aksiyalar davam edir - 14 polis yaralandı

 

Fransada şənbə günü keçirilən "Sarı jiletlilər" hərəkatının aksiyası zamanı azı 14 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

BakuPost TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Kristof Kastanerə istinadən BFM telekanalı məlumat yayıb.

Nazir həmçinin qeyd edib ki, 182 aksiya iştirakçısı nəzarət altına alınıb.